Elçin Quliyev vətəndaşları qəbul edəcək

Sentyabrın 15-də Zaqatala Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbə­lə, Şəki və Zaqatala  rayon sakinlərinin qəbulu keçiriləcək.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər suallarını sentyabrın 13-dək Xidmətin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi də xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş