Elmar Məmmədyarov: “Roqozin Bakıya Rusiyanın Azərbaycana satdığı silahların texniki parametrlərində yaranan problemləri aydınlaşdırmaq üçün gəlmişdi”

“Rusiya ilə Azərbaycan arasında  ödəmə ilə bağlı yaranmış problem haqqında yazılan və deyilənlər həqiqəti əks etdirmir”.

“AzeriDefence”nin məlumatına görə, bunları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya mediasına müsahibəsində deyib.

E. Məmmədyarov deyib ki, Azərbaycan mövcud müqavilələrin hamısının ödəməsini həyata keçirib: “Əksinə, müqavilələrin icrasında problemlər var. Hesab edirəm ki, Azərbaycana daxil olan silahlar müqaviləyə əsasən texniki parametrlərə uyğun olmalıdır. Dimitriy Roqozin Bakıya bu parametrlərdə yaranan problemləri aydınlaşdırmaq, suallara cavab tapmaq üçün gəlmişdi”.

O bildirib ki, məhsulun keyfiyyətli olması əsas məsələdir: “Müqaviləyə əsasən, məhsulun realizasiyası plana uyğun gedir. Ümumilikdə isə bizimlə Rusiya arasında hərbi texniki əməkdaşlıq, kommersiya maraqları nəzərə alınmaqla uğurla inkişaf edir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş