Embraer KC-390 təyyarələrinin axtarış və rabitə sistemləri “Rockwell Collins”dən

Embraer KC-390 nəqliyyat təyyarələri “Rockwell Collins” şirkətinin istehsalı olan DF-430 Direction Finder və HF-9000 yüksək tezlikli radiostansiyaları ilə təchiz olunacaq. Bu barədə “AzeriDefence”yə “Rockwell Collins” şirkətindən məlumat verilib.

Şirkətin bu gün açıqladığı xəbərə görə, bununla bağlı istehsalçı şirkətlər arasında müqavilə imzalanıb.

DF-430 Direction Finder xilasedicilərə anoloqlarından daha uzaq – 200 dəniz mili məsafədə hava gəmilərinin yerini yerini tapmağa imkan verir. HF-9000 yüksək tezlikli radiostansiyalar isə həm sabit təyyarələr, həm də helikopterlər üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş