Ən iri silah satışı həyata keçirən ölkələr – HESABAT

ABŞ Konqresi yanında Tədqiqat Xidməti dünya ölkələrinin silah ixracatı – satışı ilə bağlı illik hesabatını açıqlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, hesdabatda bildirilib ki, silah satışından əldə olunan gəlirin məbləğinə görə 1-ci yerdə ABŞ dayanır. Bu ölkə ötən 1 il ərzində 36,2 milyard dollar dəyərində silah satışı həyata keçirib. ABŞ-ın əsas silah idxalçıları Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Qətərdir.

Siyahıda 2-ci yerdə Rusiya dayanır. Adıçəkilən ölkənin silah satışından dövlətə 10,3 milyard dollar vəsait daxil olub.

3-cü yerdə isə İsveç, 5,5 milyard dollar silah satışı ilə dayanır. Növbəti yerləri isə 4,4 milyard ixracatla Fransa, sorakı sıranı isə 2,2 milyardlıq satış həyata keçirən Çin tutub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş