Ərdoğan: İşğala dərhal son qoyulmalıdır

“Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır”.

“AzeriDefence” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.Ərdoğan bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək.

R.Ərdoğan bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır: “Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.

Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş