Ərdoğanı ATAK helikopterləri mühafizə edəcək

Türkiyə Silahlı Qüvvələrindən sonra Əmniyyət Baş İdarəsi də T-129 ATAK helikopterləri almağa hazırlaşır.

“AzeriDefence”nin “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, helikopterin istehsalçısı TUSAŞ şirkəti ilə Əmniyyət Baş İdarəsi arasında razılaşma əldə edilib.

Plana əsasən, Əmniyyət Baş İdarəsi üçün ilkin mərhələdə 6, daha sonra 3 helikopert olmaqla ümumi 9 helikopert istehsal edilib, Baş İdarəyə təhvil veriləcək.

Müqavilə Müdafiə Sənaye Katibliyi tərəfindən təsdiq edildikdən sonra Əmniyyət Baş İdarəsi şirkətə 540 milyon dollar ödəmə edəcək.

Helikopertlərdə, Türkiyə Silahlı Qüvvələrinə satılan T-129 ATAK helikopterlərindəki bütün sistemlər yer alacaq. ATAK helikopterləri prezident Rəcəb Tayyib Ərdoğanın helikopertlərlə uçuşları zamanı  təhlükəsizliyi təmin edəcək.

Yeni nəsil ATAK helikopterləri eyni zamanda polis və jandarma tərəfindən terrora qarşı mübarizə əməliyyatlarında da iştirak edəcək. ATAK helikopertlərinin bir il ərzində Əmniyyət Baş İdarəsinə təslim ediləcəyi gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş