Erməni təxribatı nəticəsində 2971 yaşayış evi və 502 mülki obyekt yarasız vəziyyətə düşüb

Erməni təxribatı nəticəsində 2971 yaşayış evi və 502 mülki obyekt yarasız vəziyyətə düşüb

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən noyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb.

Həmçinin, 2971 yaşayış evi, 100 çoxmərtəbili yaşayış binası və 502 mülki obyekt yarasız vəziyyətə düşüb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş