Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb.

Bundan başqa, 1941 yaşayış evi, 90 çoxmərtəbili yaşayış binası və 382 mülki obyekt yarasız vəziyyətə düşüb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş