Erməni terroru nəticəsində dinc sakinlərdən 31 nəfər ölüb, 164 nəfər yaralanıb

Erməni terroru nəticəsində dinc sakinlərdən 31 nəfər ölüb, 164 nəfər yaralanıb

Azərbaycan Respublikası Baş Prokurorluğu sentyabrın 27-dən oktyabrın 9-u saat 12:00-dək olan müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, həlak olmuş dinc sakinlərin sayı 31, yaralanmış dinc sakinlərin sayı 164, yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1054, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 142 və yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 45-dir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş