Ermənilər Qarabağda Rusiya istehsalı olan kəşfiyyat və atəş-idarəetmə radarlarından istifadə edirlər

Ermənilər Qarabağda Rusiya istehsalı olan kəşfiyyat və atəş-idarəetmə radarlarından istifadə edirlər

Ermənilərin bu günlərdə işğal olunmuş Azərbaycan ərazilərində keçirdikləri təlimlərdə Rusiyadan alınmış 1L271 “Aistenok” daşınan kəşfiyyat və atəş idarəetmə radarlarından istifadə etdiyi görüntülənib.

“Azeri Defence”nin məlumatına görə, ermənilərin sosial şəbəkələrdəki hərbi səhifələrində 1L271 “Aistenok” radarının təlimdə istifadəsini göstərən fotolar yayımlanıb. Fotoda təlimdə iki ədəd 1L271 “Aistenok” radarından istifadə edildiyi əksini tapır.

1L271 “Aistenok” radarı minaatanlarrın atəş mövqelərini 5 km-ə qədər, hərəkət edən yerüstü texnikanı 20 kilometrə qədər aşkarlayır, 5-15 km məsafədə artilleriyanın atəşinə düzəlişlər etməyə imkan verir.

Təlimdə istifadə edilən silah və texnikaların arasında ABŞ və Çindən alınmış elektro-optik müşahidə kompleksləri və gecəgörmə cihazları da yer alıb.

Qeyd edək ki, bundan əvvəl, may ayında Dağlıq Qarabağ separatçılarının yaydığı video görüntülərdə cəbhə xəttinin bzi ərazilərində Rusiya istehsalı olan “Fara-PV” müşahidə radarlarından istifadə edildiyi əksini tapmışdı.

KATEQORIYA:
Bu xəbəri paylaş