Ermənilər Qazax istiqamətində atəşkəsi növbəti dəfə pozublar

Ermənilər Qazax istiqamətində atəşkəsi növbəti dəfə pozublar

Ermənistan Silahlı Qüvvələri bu gün saat 17:30-dan başlayaraq Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən mövqelərindən Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələrini iriçaplı silahlardan atəşə tutub.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Düşmən təxribatının qarşısı alınıb, Azərbaycanın yaşayış məntəqələrinə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

“Bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz  tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir. Bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb”, – deyə DSX bəyan edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş