Ermənilər sosial şəbəkədə dezinformasiyaları artırıblar

Ermənilər sosial şəbəkədə dezinformasiyaları artırıblar

Ermənistan xüsusi xidmət orqanları sosial mediada dezinformasiyaları artırıb.

Azeri Defence saytının araşdırmalarına görə, döyüş əməliyyatlarının başlandığı elan edildikdən cəmi bir neçə dəqiqə sonra sosial şəbəkələrin erməni seqmentində cəbhədə “Azərbaycan tərəfinin çox sayda qüvvə və vasitəsinin məhv edilməsi” barədə məlumat yayılmağa başlayıb.

Bu da onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyinə və xüsusi xidmət orqanlarına aid bloqqerlər “əllərində əvvəlcədən hazırlanmış hazır məlumat yayımlamaq üçün əmr gözləyiblər”.

İnformasiyaların kommunikasiya xətlərinin kəsildiyi cəbhədən İrəvana və emal edilərək dəqiqələr ərzində qısa müddətdə mediada yayımlanması mümkün deyil. Ən azından yarım saat və daha çox vaxt tələb edir.

Hazırda düşmən itkilərini kompensasiya etmək, yerli əhali arasında yaranan ajiotajı sakitləşdirmək, eləcə də Azərbaycan tərəfində psixoloji gərginlik yaratmaq məqsədi ilə dezinformasiyalardan aktiv istifadə etməyə çalışır. Gün ərzində düşmənin müxtəlif multimedia vasitələrindən istifadə etməklə dövriyyəyə yeni talan məlumatlar atacağı da istisna olunmur.

Azərbaycan KİV-ləri və ictimaiyyət nümayəndələri bu tip xəbərlərə qarşı diqqətli olmalı, təxribatlara qapılmamalı və təşvişə düşməməlidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş