Ermənilər yaşayış məntəqələrimizi Serbiyadan alınmış raketlərlə vurdular – FOTOFAKT

Ermənilər yaşayış məntəqələrimizi Serbiyadan alınmış raketlərlə vurdular – FOTOFAKT

Ermənistan Ordusu Füzuli rayonunun yaşayış məntəqələrinin atəşə tutulmasında Serbiya istehsalı olan 122 mm çaplı G-2000 reaktiv raketlərdən istifadə edir.

Azeri Defence saytının Füzulidəki əməkdaşının verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən Horadiz şəhərində mülki sakinlərin həyətlərinə BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən atılan raketlərin qalıqlarının üzərində Serbiyanın “EDePro” şirkətinin istehsalı olduğu yazılıb.

“EDePro” şirkətinin kataloq məlumatına görə, G-2000 hazırda bazarda öz çapında ən uzun mənzilli raketdir. G-2000, BM-21 “Qrad” və RM-70 yaylım atəşli reaktiv sistemlərə uyğundur.

Raketin ümumi ağırlığı 69 kq, döyüş başlığının çəkisi 19.1 kq, maksimal uçuş sürəti 1100 m/saniyə, maksimum atəş uzaqlığı 40,2 kilometrdir.

Qeyd edək ki, iyul ayında Tovuz rayonu istiqamətində baş verən döyüşlər ərəfəsində Serbiyanın Ermənistana silah satışına dair məsələ üzə çıxmışdı. Faktı təsdiqləyən rəsmi Belqrad guya “Ermənistana özəl bir şirkət tərəfindən bir neçə milyon dollar dəyərində minaatanlar və döyüş sursatı ixrac edildiyini” etiraf etmişdi.

Horadiz şəhərinə atılan raketlər isə Serbiyanın açıqlamasında qeyri-səmimi olduğunu, əslində Ermənistana daha böyük silah sistemləri ixrac etdiyini göstərir.

İndi bu silahların Ermənistan üzərindən, yaxud birbaşa şəkildə Dağlıq Qarabağdakı separatçı rejimə ötürüldüyünü araşdırmaq qalır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş