
Ermənilərin Gəncəyə raket atəşi nəticəsində 5 dinc sakin ölüb, 28 yaralı var
Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.
Azeri Defence saytının APA -ya istinadən verdiyi məlumatıa görə, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 28 yaralı var. Yaralılar arasında azyaşlılar da var.
Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.
FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir.
Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.
KATEQORIYA: Xəbərlər