
Ermənilərin Xızıya atdığı raket havada zərərsizləşdirilib
Azeri Defence saytının məlumatına görə, raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində Azərbaycanın HHM bölmələri tərəfindən havada zərərsizləşdirilib.
Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.
Əraziyə cəlb olunan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd S-300 raketinin partlamış qalıqlarını aşkarlayıblar.
Qeyd edək ki, S-300 raketinin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşib.
KATEQORIYA: Xəbərlər