
Ermənistan Azərbaycan PUA-larna qarşı Qarabağda “Repellent-1” sistemi yerləşdirib – FOTO
Ermənistan Ordusu Rusiyadan aldığı, kiçik ölçülü pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzrədə tutulan “Repellent-1” radioelektron mübarizə komplekslərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirib.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Facebook”da “Hərbi Xəbərlər və Məlumatlar” səhifəsi məlumat yayıb.
Səhifənin paylaşdığı fotoda döyüş növbətçiliyinə açılmış “Repellent-1” stansiyasının keçmiş Ağdərə rayonu ərazisində yerləşdiyi qeyd olunub.
“Repellent-1” stansiyası kiçik ölçülü PUA-ların radiorabitə kanallarının radiomaneələrin tətbiqi ilə boğulması, idarəetmənin ələ keçirilməsi yolu ilə PUA-nın zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.
Ermənistan “Repellent-1” stansiyalarını 2017-ci ildə sifariş verib.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet