Ermənistan Baş Qərargah rəisi: Qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi

Ermənistan Baş Qərargah rəisi: Qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi

“Baş nazir Nikol Paşinyan üçtərəfli bəyanatı həm də mənim təklifimlə imzaladı”.

“Azeri Defence” saytının erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan deyib.

Baş Qərargah rəisi bildirib ki, Qarabağda münaqişənin dayandırılması ilə bağlı qərar zərurət nəticəsində verilib.

“Bu qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi. Bunu birmənalı qəbul etmək və başa düşmək lazımdır. Mən bu qərarı düzgün hesab edirəm. Bizim üçün acı həqiqət olsa da, qərar mövcud vəziyyətə uyğun verilib”, – deyə Onik Qasparyan bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş