Ermənistan cəbhəyə göndərdiyi döyüş texnikalarını sanitar maşın kimi işarələyir – FOTO

Ermənistan cəbhəyə göndərdiyi döyüş texnikalarını sanitar maşın kimi işarələyir – FOTO

Ermənistan cəbhəyə göndərdiyi döyüş texnikalarının üzərinə tibbi yardım maşınları üçün müəyyən edilmiş fərqləndirici nişanları vurur.

“Azeri Defence”nin məlumatına görə, cəbhədə düşməndən götürülən qənimətlərin arasında sanitar maşınlar kimi nişanlanmış döyüş texnikaları mövcuddur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video görüntüdə Ermənistan Ordusundan qənimət götürülmüş 20 mm çaplı M55 zenit topunun quraşdırıldığı MT-LB zirehli maşının düşmən tərəfindən tibbi yardım maşını kimi işarələndiyi görünür.

Bu da onu göstərir ki, Ermənistan Ordusu bilavasitə döyüşə cəlb olunan bu texnika vurulduqda onu sanitar maşın kimi göstərib, Azərbaycanı ittiham eləməyə hazırlaşır.

Qeyd edək ki, bir neçə il əvvəl “Azeri Defence” Ermənistan mediasında yayımlanan görüntüləri analiz edərək, düşmənin sanitar maşınlarda döyüş bölgəsinə silah və sursat daşıdığını foto görüntülərlə təqdim etmişdi.

Ermənistan 20 mm çaplı M55 zenit toplarını Serbiyadan satın alıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş