Ermənistan Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsindən azad edilib

Ermənistan Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsindən azad edilib

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.

“Azeri Defence” saytının Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Bildirilib ki, A.Davtyan bu il iyulun 17-də Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsinə təyin edilib. A.Davtyan bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

KATEQORIYA:
Bu xəbəri paylaş