Ermənistan iyul ayından AK-103 avtomatının istehsalına başlayır

Ermənistan iyul ayından AK-103 avtomatının istehsalına başlayır

İyul ayında Ermənistanda AK-103 avtomatlarının istehsalına başlanacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin nümayəndəsi Mariya Vorobyova bildirib.

Onun sözlərinə görə, Ermənistan şirkətinə ildə 50000 ədəd AK-103 avtomatı istehsal edə biləcək.

Qeyd edək ki, may ayının 15-də Rusiyanın “Kalaşnikov” Konserni ilə Ermənistanın “Neytron Qam” açıq səhmdar cəmiyyəti arasında imzalanmış müqavilə çərçivsində Ermənistan şirkətinə AK-103 avtomatlarının istehsalı üçün 10 illik lisenziya verilib.

Müqaviləyə əsasən birinci mərhələdə avtomatın detalları Rusiyadan idxal olunmaqla Ermənistanda yığılacaq. İkinci mərhələdə müəyyən detalların Ermənistanda istehsal edilməsi, əsas hissələrin isə Rusiyadan idxal olunmaqla yığımı planlaşdırılır.

AK-103 avtomatı 5.45×39 mm çaplı AK-74M avtomatının 7,62х39 mm çaplı patronlardan istifadə edən ixrac versiyasıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş