
Ermənistan ordusu AzTV-nin maşınını atəşə tutub, sürücü xəsarət alıb – FOTO
Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Televiziyasının əməkdaşı yaralanıb.
AzTV-dən Azeri Defence saytına bildirilib ki, bu gün səhər saatlarında TV-nin əməkdaşları Tərtərdə çəkiliş aparan zaman düşmən atəş açıb.
Nəticədə AzTV-nin sürücüsü Namiq Qəmbərov xəsarət alıb. TV-nin maşını isə yararsız vəziyyətə düşüb.
Hadisə yerindən APA-nın çəkdiyi görüntüləri təqdim edirik.
KATEQORIYA: Xəbərlər
TEQLƏR FOTO