Ermənistan Ordusu dövlət sərhədində iki ay yarım ərzində 11 hərbçisini itirib –  ARAŞDIRMA

Ermənistan Ordusu dövlət sərhədində iki ay yarım ərzində 11 hərbçisini itirib –  ARAŞDIRMA

Son iki ay yarım ərzində Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistan Ordusunun 11 hərbi qulluqçusu zərərsizləşdirilib.

“AzeriDefence”nin apardığı araşdırmalara görə, bunlardan 3 nəfər zabit, qalanları müddətdən artıq xidmət hərbi qulluqçuları və sıravi əsgərlərdir.

Bu dövrdə dövlət sərhədində Ermənistan Ordusunun təxribat cəhdlərinin qaşısını alarkən DSX Sərhəd Qoşunlarının 3 hərbi qulluqçusu şəhid olub.

Düşmən tərəfindən bu itkilərin bir qismi gizlədilsə də, hospitaldan yayılan görüntülərdə, eləcə də yaxınlarının sosial şəbəkələrdəki açıqlamalarında kifayət qədər informasiya toplamaq mümkün olub.

Fevralın 15-də dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan sərhədçiləri tərəfindən vurulmuş Ermənistan Ordusunun zabiti Aram Haxverdiyanın kimliyi 15 gündən çox gizlədilsə də bu günlərdə aldığı yara və travmaya görə ordu sıralarından tərxis olunduğuna görə yerli mətbuata müsahibə verərək yaşadığı hadisəni danışıb.

O, xidmət etdiyi nöqtədə vəziyyətin gərgin olduğunu, son aylarda daha 2 hərbi qulluqçunun da yaralandığını şəxsən etiraf edib.

Fevralın sonlarından dövlət sərhədində Ermənistan Ordusunun aktivliyi müşahidə olunmağa başlayıb. Ermənistan Dağlıq Qarabağdakı hərbi hissələrindən kəşfiyyat və snayper qruplarını çıxararaq Qazax istiqamətində dövlət sərhədinə göndərib.

Araşdırmalar nəticəsində gəlinən qənaətə görə, Ermənistan tərəfi öz itki sayını Azərbaycanın üzərinə yazmağa çalışır. “Facebook” şəbəkəsində Azərbaycanlıların adı ilə qeydiyyatdan keçən feyk profillər üzərindən Azərbaycana məxsus çoxsaylı izləyicisi olan səhifə və qruplarda DSX Sərhəd Qoşunlarının guya “12 nəfər əsgərinin həlak olması” barədə dezinformasiya yayırlar.

“Facebook” şəbəkəsində fəaliyyət göstərən, tərəfimizdən ermənilərə məxusluğu tam müəyyənləşdirilmiş 24 feyk (saxta) profil aşkarlanaraq nəzarətə götürülüb və onların fəaliyyət istiqamətləri haqqında mütəmadi məlumat toplanır.

Şübhəli ölüm və yaralanmalar, yoxsa cəbhədə məhv edilənlər?

Ermənistan Ordusu əsgər ölümlərini müxtəlif hekayələr uyduraraq Ermənistan cəmiyyətindən gizlətməyə çalışması faktları dəfələrlə Azərbaycan tərəfindən üzə çıxarılıb. RAİP informasiya platformasının məlumatına görə, Ermənistanın sərhədyanı kənd sakinlərinin qoşunların təmas xəttində Ermənistan Ordusunda müqaviləli hərbi xidmətə cəlb olunmasını nəzərə alsaq, Ermənistanın Müdafiə Nazirliyinin bir çox hallarda baş vermiş ölüm faktlarını hərbçi kimi yox kənd sakini kimi təqdim etməsinin də şahidi oluruq.

“Bu içərisində yarıya qədər su olan stəkanda bir tərəfin “stəkan yarıya kimi doludur”, digərinin “stəkan yarıya kimi boşdur” mübahisəsinə bənzəyir ki, əslində hər ikisi irəliyə sürdüyü faktda haqlılığını göstərir. Belə olan halda kənd sakini olan və təmas xəttində xidmət edən ermənini Ermənistan tərəfi lazım olanda kənd sakini kimi, lazım olanda hərbçi kimi təqdim edir”, – deyə RAİP-dən bildirilib.

RAİP-in erməni mediası və sosial şəbəkə üzərindən apardığı analizlərə görə, 2020-ci ilin iki ay yarım müddətində Ermənistan Ordusunun rəsmi açıqladığı əsgər ölüm sayı həqiqəti əks etdirmir. Misal üçün, əldə edilmiş məlumata görə, 13 yanvar 2020-ci ildə Tavuş vilayətinin Açadjur kənd xəstəxanasında ölüm faktı var. Ölüm faktı ilə bağlı cinayət işinin açıldığı qeyd olunur. Lakin adamın nə adı, nə soyadı, nə cinayətin hansı qurum tərəfindən açıldığı barədə məlumat yoxdur. Başqa bir məlumat, 8 mart 2020-ci il tarixində Ermənistanın Alaverdi-Sanain yolunda UAZ-31512 markalı 06 LS 282 dövlət nömrə nişanlı maşının “dərəyə yuvarlandığı” məlumatı var. Ölən və yaralananların ad və soyadlarından başqa heç bir məlumat yoxdur, yalnız birinin keçmiş polis zabiti olduğu qeyd olunur.

“Alavedi-Sanain yolunu tanıyanlar bilir ki, o yolda avtomobilin dərəyə yuvarlanması qeyri-mümkündür, çünki yolun üzərində meşəli dərə yoxdur və hər iki yaşayış məntəqəsi demək olar ki bir-birinə bitişikdir. Başqa bir məlumat, 9 mart 2020-ci il tarixdə Ermənistanın Lori vilayətinin Odjun kəndinin 26 yaşlı sakini Arturun omba nahiyəsindən güllə yarası aldığı xəbəridir. Adam guya partlayış eşidib və sonradan görüb ki ombası qanayır, xəstəxanaya aparıldıqda xəstəxanada güllə yarası olduğunu bildiriblər. Belə məlumatlar kifayət qədər var və bu məlumatları izlədikcə, bir müddət sonra həqiqətin tamamilə fərqli olduğu üzə çıxır”, – deyə RAİP-dən “Azeri Defence”yə bildirilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş