Ermənistan Ordusu dövlət sərhədində təxribatlara davam edir

Ermənistan Ordusu dövlət sərhədində təxribatlara davam edir

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş