Ermənistan ordusu Qafandan Qubadlının ərazisini artilleriya atəşinə tutur

Ermənistan ordusu Qafandan Qubadlının ərazisini artilleriya atəşinə tutur

Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş