Ermənistan ordusu Tərtər və Ağcabədini artilleriya atəşinə tutub

Ermənistan ordusu Tərtər və Ağcabədini artilleriya atəşinə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş