Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub, 5-i yaralanıb – FOTOLAR

Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub, 5-i yaralanıb – FOTOLAR

Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

Azeri Defence saytının APA-ya istinadən verdiyi məlumata görə, ölən və yaralananların adları açıqlanıb. Hadisə nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş