
Ermənistan Ordusuna məxsus kvadrokopteri məhv edilib
Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azeri Defence” saytına bildirilib ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.
KATEQORIYA: Xəbərlər