Ermənistan Ordusunun atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb

Ermənistan Ordusunun atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb

Oktyabrın 9-da səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanıb və əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, yaralıda 3 ədəd qəlpə yarası aşkar edilib və hal-hazırda cərrahiyyə əməliyyatı davam edir. S.Əsədovun vəziyyəti ağır olaraq qalır.

Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar.

Məlumatda o da qeyd olunub ki, hal-hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhülkəsiyliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.

Həmin ərazilədə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində tədliğat fəaliyyəti həyata keçirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş