Ermənistan ordusunun bölmələri Türkiyəli jurnalistləri atəşə tutub

Ermənistan ordusunun bölmələri Türkiyəli jurnalistləri atəşə tutub

Türkiyənin “Anadolu” Agentliyin əməkdaşları Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrinə hücumlarını izləmək üçün səhər tezdən cəbhə xəttinə gedib.

Azeri Defence saytının “Anadolu” Agentliyinə (AA) istinadən veriyi məlumata görə, Tovuz rayonunun Qapanlı kəndi yaxınlığında jurnalistlərin çalışdığı ərazidə ilk olaraq iki pilotsuz uçuş aparatı havada görünüb.

“Eyni zamanda bölgədəki TRT komandası ilə işləyən AA komandasının hədəf alındığı nöqtə Ermənistan tərəfindən atəşə tutulmağa başladı. Birdən çox top atışının baş verdiyi hücumda qəlpələr jurnalistlərə 100 metr məsafədə düşdü”, – deyə məlumatda deyilib.

Bildirilib ki, özlərini nəqliyyat vasitələrinin arxasına atan jurnalistlər son anda hücumdan xilas olubular.

Top atışları davam edərkən AA və TRT qrupları maşınlara minərək sürətlə hadisə yerindən uzaqlaşıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş