Ermənistan Ordusunun hərbi hissəsinin sərancamında olan silahlar – SİYAHI

Ermənistan Ordusunun hərbi hissəsinin sərancamında olan silahlar – SİYAHI

Azərbaycanlı xaker Ermənistan Ordusunun hərbi hissələrindən birinin sərancamında olan silahların siyahısını yayımlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Reyncer13” kod adlı xaker özünün “facebook” səhifəsində materialları təqdim edib.

“Reyncer13” qeyd edib ki, bu sənədlər düşmənin 33651 saylı hərbi hissəsinə aiddir. Ön xəttə yerləşən bu hərbi hissənin silahlanmasında olan silah-sursat və texnikalar bu sənəddə öz əksini tapıb.

Qeyd edək ki, “Reyncer13” buna qədər də Ermənistan Milli Təhlüksizlik Xidmətinin, eləcə də Qarabağdakı separatçı rejimin qondarma “Milli Təhlükəsizlik Xidməti”nin əməkdaşlarının şəxsi məlumatlarını, o cümlədən Ermənistanda koronavirus xəsətəliyinə tutulanların siyahısını əldə edərək yayımlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş