Ermənistan Ordusunun məhv edilmiş HHM sistemləri

Ermənistan Ordusunun məhv edilmiş HHM sistemləri

Sentyabr ayının 27-də başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus çox sayda hava hücumundan müdafiə (HHM) kompleksi və radioelektron mübarizə (REM) sistemi məhv edilib.

“Azeri Defence” saytının məlumatına görə, döyüş əməliyyatları başlandıqdan sonra ilk zərbə Ermənistan Ordusunun işğal altındakı Azərbaycan ərazilərdində yerləşdirilmiş HHM sistemlərinə vurulub. Nəticədə 2 ədəd S-300 ZRK və S-300 kompleksinin idarəetmə məntəqəsi, 30-a qədər “Osa-AKM”, 2 ədəd “Kub” zenit-raket kompleksi, radiolokasiya stansiyaları və sair HHM sistemləri məhv edilib.

Ermənistan Ordusunun təkmilləşdirildiyi iddia edilən “Osa-AKM” ZRK-ləri

Düşmənin HHM sistemləri elə bu sistemlərin özlərinin mübarizə üçün təyinatlandırılmış zərbə PUA-ları vasitəsi ilə həyata keçirilib. Qarabağda davam edən hərbi əməliyyatlar Türkiyə və İsrail istehsalı olan PUA-ların keçmiş Sovet və müasir Rusiya istehsalı olan HHM sistemləri ilə mübarizədə effektiv bir həll olduğunu bir daha sübut edir.

Döyüşdə məhv edilən texnikalar arasında diqqət çəkənlərindən biri də “Repellent-1” radioelektron mübarizə sistemidir.

Ermənistan “Repellent-1” stansiyalarını 2017-2018-ci illərdə Rusiyadan alıb. Kiçik ölçülü pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzrədə tutulan “Repellent-1” radioelektron mübarizə kompleksləri işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilib. Azərbaycan Ordusu tərəfindən son 13 gündə 4 ədəd “Repellent-1” kompleksi məhv edilib.  “Repellent-1” stansiyası kiçik ölçülü PUA-ların radiorabitə kanallarının radiomaneələrin tətbiqi ilə boğulması, idarəetmənin ələ keçirilməsi yolu ilə PUA-nın zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.

Oktyabrın 10-da həmçinin düşmənin Xocalı şəhəri yaxınlığında yerləşdirilmiş 19J6 (ST-68U) radiolokasiya stansiyası da məhv edilib. Keçmiş sovet istehsalı olan bu RLS Ermənistanın “Patenş” zavodunun Rusiya müəssisəsi ilə əməkdaşlığı çərçivəsində təkmilləşdirilib. Ermənistan mediasında yer alan məlumatlara görə, modernləşdirildikdən sonra “Qarni” adı almış RLS-in analoq blokları yeni rəqəmsal bloklarla əvəz edilib. həmçinin müasir elektron avadanlıqlar tətbiq olunub. Rəsmi məlumatlara görə, müasirləşdirmədən sonra RLS Ermənistan HHM Qoşunlarının avtomatlaşdırılmış idarəetmə sistemi ilə inteqrasiya edilib.

19J6 radiolokasiya stansiyası

Ermənistanın Qarabağa yerləşdirdiyi və Azərbaycan aviasiyası üçün əsas təhdid sayılan 9K33 “Osa-AKM” zenit-raket komplekslərinin əhəmiyyətli hissəsi məhv edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Ermənistan İordaniyadan 36 ədəd “Osa-AKM” və 400 ədəd idarəolunan zenit raketləri alıb. Satınalmalar erməni iş adamı David Qaltsyanın şirkəti üzərindən həyata keçirilib. ZRK-lər Ermənistanın hərbi sənaye kompleksinə daxil ola “Patneş”  və “Jamar – D.D” şirkətinin iştirakı ilə təkmilləşdirilib. Müasirləşdirmə nəticəsində “Osa-AKM” ZRK –nin radiolokasiya stansiyasında hərəkət edən hədəflərinin seleksiyası aparan müasirləşdirilmiş rəqəmli sistem, ŞUVÇ-75 gücləndirilmiş qəbul kanalları qurğusunun və TOV-M müasirləşdirilmiş elektro-optik kamera, siqnalın rəqəmli emal sistemi qurulub.

Hesablamalar düşmənin Qarabağdakı HHM sisteminin 70-80 faiz sıradan çıxarıldığını düşünməyə əsas verir.

Düşmənin HHM və REM sistemlərinin sıradan çıxarılması Azərbaycan PUA-larının işğal altındakı ərazilərin hava məkanında üstünlük əldə etməsinə imkan verir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş