Ermənistan Rusiyadan atəş kəşfiyyatı stansiyaları əldə edib

Ermənistan Rusiyadan atəş kəşfiyyatı stansiyaları əldə edib

Ermənistan Rusiyadan 1L219M “Zoopark-1” atəş kəşfiyyatı radarı və RB-341B “Leer-3” radiotexniki kəşfiyyat stansiyası əldə edib.

“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, “Leer-3” radiotexniki kəşfiyyat stansiyası 2019-cu ildə Ermənistan Ordusunun silahlanmasına qəbul edilib. “Zoopark-1” RLS-in isə 2020-ci ilin birinci rübündə Ermənistan Ordusuna verilməsi gözlənilir.

“Zoopark-1” atəş kəşfiyyatı radarı düşmənin artilleriya vasitələrinin mövqelərinin kəşfiyyatı üçün nəzərdə tutulur. Radar 81-120 mm çaplı minaatanların yerini 13-17 km, 105-155 mm çaplı haubitsaların yerlərini 15-20 km, 122-240 mm YARS-lərin yerini 25-35 km, taktiki raketlərin yerlərini 45 km məsafədən aşkarlaya bilir.

RB-341B “Leer-3” radiotexniki kəşfiyyat stansiyası rəqibin GSM şəbəkəsinin işini pozmaqla yanaşı, GSM şəbəkədən istifadə edən şəxslərin yerini aşkarlayaraq rəqəmli xəritə üzərində göstərir və həmin nöqtələrinin koordinatlarını atəş zərbələri endirilməsi üçün artilleriya vasitələrinə ötürür.

“Zoopark-1” atəş kəşfiyyat radarı Suriyada və Ukraynanın şərqində gedən əməliyyatlarda istifadə olunub. Bu radar eyni zamanda rəqibin atəş kəşfiyyat radarlarının yerinin təsbit edilməsi məqsədi ilə istifadə olunur. İddia olunur ki, 2016-cı ildə Donbasda ABŞ-ın Ukrayna Ordusuna bağışladığı AN/TPQ-36 atəş kəşfiyyat radarının yeri “Zoopark-1” stansiyası vasitəsi ilə 1 dəqiqədən az bir müddətdə aşkarlanıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş