Ermənistan Rusiyadan “Korşun” mina detektorları alıb

Ermənistan Rusiyadan “Korşun” mina detektorları alıb

Ermənistan Rusiyadan NR900EK3M “Korşun” portativ mina detektorları alıb.

Azeri Defence saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin yayımladığı foto və videolardan məlum olduğu qədər “Korşun” mina detektorları Ermənistanın Hmanitar Minatəmizləmə və Ekspertiza Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin və ordunun xüsusi təyinatlı bölmələrinin silahlanmasına verilib.

“Qruppa Zaşitı-YuTTA” səhmdar cəmiyyətin tərəfindən hazırlanmış NR900EK3M “Korşun” portativ mina detektoru 2014-cü ildən Rusiya silahlı qüvvələrinin mühəndis-istehkamçıları tərəfindən Çeçenistan, Abxaziya, Cənubi Osetiya və Suriyada istifadə olunur.

İstehsalçı müəssisənin məlumatına görə, NR900EK3M “Korşun” 30 metr məsafədən həm aktiv, həm də söndürülü vəziyyətdə olan istənilən yarımkeçirici qurğuları qeydə alır. Cihaz həmçinin torpağa basdırılmış və ya gizlədilmiş minaları, radioqəbulediciləri və radio siqnallar emal edən qurğuları, müxtəlif partlayış təhlükəsi olan predmetlərin idarəetmə pultlarını, elektron və elektromexaniki taymerləri, əldəqayırma partlayıcı qurğularDA (ƏPQ) qurulan akustik, maqnit və elektro-optik sensorları, ƏPQ ilə birgə istifadə olunan gizli konstruksiyalar və qurğuları aşkarlamağa imkan verir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş