Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində təx­ribatları davam etdirir

Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində təx­ribatları davam etdirir

Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədində təx­ribatlar davam edir.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Aprelin 1-də saat 12:25-dən başlamaqla DSX Sərhəd Qoşunlarının Qazax ra­yo­nunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­ri, həmin istiqamətində avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistan Silahlı Qüvvələrinin İcevan rayonunun Kirans kəndi yaxın­lığında yerlə­şən bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

KATEQORIYA:
Bu xəbəri paylaş