Ermənistan silahlı qüvvələri tərk etdikləri qapalı məkanlarda tələ sürprizlər qoyurlar – VİDEO

Ermənistan silahlı qüvvələri tərk etdikləri qapalı məkanlarda tələ sürprizlər qoyurlar – VİDEO

Ermənistan silahlı qüvvələri tərk etdikləri yaşayış məntəqələrindəki evlərdə, obyektlərdə, digər qapalı məkanlarda özlərindən sonra tələ sürprizlər qoyurlar.

“Azeri Defence” saytının məlumatına görə, bununla bağlı hərbçilərimiz tərəfindən sosial şəbəkələrdə bir çox videolar yayımlanıbdır.

Həmin videolardan göründüyü qədər düşmən tərk etdiyi evlərin, mağazaların və digər qapalı obyektlərin daxilində əl qumbaraları, minalar və qumbaraatan mərmilərindən ibarət tələ sürprizlər yerləşdirib.

Hərbçilərdən qapalı obyektlərə daxil olarkən düşmənin bu cür tələlərinə qarşı diqqətli olmaları tövsiyə olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş