Ermənistan silahlı qüvvələri Tərtər və Ağdamı atəşə tutur

Ermənistan silahlı qüvvələri Tərtər və Ağdamı atəşə tutur

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

KATEQORIYA:
Bu xəbəri paylaş