Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Bu barədə Azeri Defence saytına Müadiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdu”, – deyə Müadiə Nazirliyi bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş