
Ermənistan silahlı qüvvələri Tovuzun Dondar Quşçu kəndini atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Bu barədə “AzeriDefence”ə Müdafiə Naziliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
“Kənd sakinlərinə heç bir ziyan dəyməyib”, – deyə polkovnik Vaqif Dərgahlı bildirib.
KATEQORIYA: Xəbərlər