Ermənistan Silahlı Qüvvələrinin 193-cü desant həmlə taborunun döyüş bayrağı ələ keçirilib

Ermənistan Silahlı Qüvvələrinin 193-cü desant həmlə taborunun döyüş bayrağı ələ keçirilib

İşğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirməyərək nəinki öz mövqelərini, hətta döyüş bayraqlarını də qoyub qaçır.

Azeri Defence saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.

Döyüş bayrağı hər bir hərbi hissənin şərəf və qeyrət rəmzidir. Bu bayraq aid olduğu hərbi hissə ilə birlikdə döyüş əməliyyatları bölgəsində olmalıdır. Hərbi hissənin bütün şəxsi heyəti döyüş bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun ələ keçirilməsinə yol verməməlidir. Döyüş bayrağı itirildikdə onun məxsus olduğu hərbi hissə ləğv edilməlidir.

Fotolardan da göründüyü kimi, düşmənin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı cəsur Azərbaycan əsgərinin ayaqları altındadır. Bu fotolar bir daha sübut edir ki, əgər Ermənistan ordusu Azərbaycanın əbədi və əzəli torpaqlarından geri çəkilməsə, onun işğal olunmuş ərazilərimizdəki digər hərbi hissə və bölmələrini də eyni aqibət gözləyir.

KATEQORIYA:
Bu xəbəri paylaş