Ermənistan “Swathi” atəş yeri aşkarlama radarlarını seçdi

Ermənistan “Swathi” atəş yeri aşkarlama radarlarını seçdi

Ermənistan Hindistandan “Swathi” atəş yeri aşkarlama radarları alır.

“AzeriDefence”nin Hindistan mediasına istinadən verdiyi məlumata görə, dəyəri 40 milyon dollar təşkil edən müqavilə çərçivəsində 4 ədəd “Swathi” WLR radarı alınacaq. Artıq radarların tədarükünə başlanıb.

Radarlar Hindistanın Dövlət Tədqiqat və İnkişaf Təşkilatının (DRDO) Elektron və Radar İnkişaf Bölməsi (LRDE) tərəfindən hazırlanıb. İstehsalı “Bharat Electronics Limited” (BEL) şirkəti tərəfindən həyata keçirilir.

Ermənistan Ordusunun silah yeri aşkarlama radarının satın alınması proqramında Hindistanla yanaşı Polşa və Rusiya şirkətləri iştirak edib.

“Swathi” radar sistemi 50 km radiusda artilleriya və raketlərin atəşini aşkar etmək və izləmək üçün nəzərdə tutulur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş