
Ermənistana məxsus PUA məhv edilib
Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub.
Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.
KATEQORIYA: Xəbərlər