
Ermənistana məxsus taktiki PUA məhv edilib
Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
KATEQORIYA: Xəbərlər