
Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb
Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyiti tapılıb.
Azeri Defence xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, hərbçinin meyiti hərbi hissədən kənarda, yaşadığı evdə tapılıb.
Cənub Hərbi Dairəsinin hərbi bazasının rəhbərliyinin komissiyası Ermənistan hüquq-mühafizə orqanları ilə birlikdə faktla bağlı araşdırma aparır.
KATEQORIYA: Xəbərlər