Ermənistanda Rusiyanın hərbi helikopteri vurulub

Ermənistan ərazisində uçuş edən Rusiyanın Gümrüdəki 102-ci bazasına məxsus Mi-24 helikopteri vurulub.

“Azeri Defence”nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, helikopter bu gün saat 17:30-da Ermənistan Respublikasının Yerasx yaşayış məntəqəsinin üzərində vurulub.

Məlumatda hərbi helikopterin 102-ci bazanın avtomobil karvanını müşaiyət etdiyi bildirilib.

Hadisə nəticəsində iki heyət üzvü həlak olub, biri yaralanıb.

Report agentliyi isə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istədiyini bildirib.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.

Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, helikopter bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib. Uçuş günün qaranlıq saatlarında, aşağı hündürlükdə, Hava Hücumundan Müdafiə qüvvələrinin radarının aşkar etmə zonasından kənarda keçirilib.

Rusiya Federasiyasının Hərbi Hava Qüvvələrinin helikopterləri əvvəl göstərilən ərazidə qeydə alınmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş