Ermənistanın ilk Su-30SM təyyarələrinin sınaqları keçirilir

Ermənistanın ilk Su-30SM təyyarələrinin sınaqları keçirilir

Ermənistanın Rusiyaya sifariş verdiyi Su-30SM döyüş təyyarələrinin ilk ikisinin istehsalı tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, sosial şəbəkədə dekabrın 19-da bort nömrəsi “31” olan təyyarənin Novosibirskdəki Tolmaçevo aerodromunda keçirilən uçuş sınaqlarının fotoları paylaşılıb.

Təyyarələr İrkutsk Aviasiya Zavodunda istehsal edilir.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayında Ermənistan Müdafiə Nazirliyi Rusiya tərəfi ilə 4 ədəd Su-30SM çoxfunksiyalı döyüş təyyarəsinin alqı-satqısına dair müqavilə imzalayıb. Müqavilə üzrə ilk təyyarənin Ermənistana 2020-ci ilin əvvəlində çatdırılması planlaşdırılır. Ermənistan Rusiyadan ümumilikdə 12 ədəd Su-30SM təyyarəsi almaq niyyətindədir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş