Ermənistanın Müdafiə Nazirliyi KPVT-ni piyadalara yükləyir -FOTO

Ermənistanın Müdafiə Nazirliyi KPVT-ni piyadalara yükləyir -FOTO

Ermənistanın yerli müəssisəsində dəzgah üzərinə yerləşdirilmiş 14.5 mm çaplı KPVT pulemyotu ordunun motoatıcı bölmələrinin silahlanmasına verilib.

“Azeri Defence”nin məlumatına görə, dəzgahlı KPVT pulemyotları bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin 2-ci ordu korpusunun təlimində görüntülənib.

Ermənistan Müdafiə Nazirliyinin yayımladığı görüntülərdən məlum olduğu qədər aparılmış “modernləşmə” işləri nəticəsində KPVT üçün hündürlüyü tənzimlənən üçayaq və mexaniki nişangahı olan silah yatağı hazırlanıb. Pulemyot atış zamanı yataqdan ayrılmaması üçün bir neçə yerdən rəzə ilə yatağa bərkidilir.

Silah yatağının sol tərəfindən isə patron qutusu yerləşir.

Göründüyü qədər səfər vəziyyətində silah, patron qutusu, üçayaq və silah yatağı ayrılıqda daşınır.

1960-cı ildə silahlanmaya qəbul edilmiş KPVT zirehli maşınların silahlandırılması üçün nəzərdə tutulub. Hazırda bir çox ölkələrin ordusunda KPVT keçmiş sovet istehsalı olan BRDM-2, BTR-60 və BTR-70 tipli zirehli maşınların ştat silahı olaraq qalır. Pulemyotun ağırlığı 52,2 kq təşkil edir. 14,5×114 mm çaplı patroların tətbiq edildiyi pulemyotun nişangah məsafəsi 2000 metrdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş