Ermənistanın Su-25 təyyarələri Rusiyada modernləşdiriləcək

Ermənistanın Su-25 təyyarələri Rusiyada modernləşdiriləcək

Ermənistan Hərbi Hava Qüvvələrinin 4 ədəd Su-25 döyüş təyyarəsi Rusiyada modernləşdiriləcək.

Azeri Defence saytının Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Moskva vilayətində keçirilən “Armiya 2020” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası (OAK) arasında müqavilə imzalanıb.

Ehtimal olunur ki, Ermənistanın modernizasiya olunan Su-25 təyyarələri Su-25SM3 səviyyəsinə çatdırılacaq.

Qeyd edək ki, Ermənistan 2000-ci illərin əvvəllərində Slovakiyadan 10 ədəd Su-25 döyüş təyyarəsi alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş