Ermənlər Qazax istiqamətində yenidən təxribata cəhd ediblər

Ermənlər Qazax istiqamətində yenidən təxribata cəhd ediblər

Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən atəşə tutulub.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb. Sərhəd döyüş məntəqələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş