Ermənilər öz Müdafiə Nazirliklərini təkzib edən video yaydılar: “Harop” avtobusu hərbi hissədə belə vurub -VİDEO

Ermənilər öz Müdafiə Nazirliklərini təkzib edən video yaydılar: “Harop” avtobusu hərbi hissədə belə vurub -VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də səhər saatlarında Ermənistandan Qarabağa döyüşmək üçün gələn könüllüləri daşıyan daha bir avtobus “Harop” kamikadze PUA ilə vurulub.

Azeri Defence saytının dəqiqləşdirdiyi məlumata görə, avtobusda 60-a yaxın birinci Qarabağ müharibəsi veteranı olub. Onlardan ağır yaralanmış cəmi bir neçə nəfər sağ qala bilib.

Baş verən hadisəni Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arcrun Hovannisyan təsdiqləsə də avtobusda guya mülki insanların olduğunu demişdi. Daha sonra itki vermədiklərini.

Ötən gün sosial şəbəkənin erməni seqmentində yayımlanan videonun analizi avtobusdakıların hərbçilər olduğunu, avtobusun məhz hərbi hissə (poliqona da bənzəyir) vurulduğunu göstərir.

Ermənistanın Müdafiə Nazirliyinin rəsmi açıqlamasını alt-üst edən videonu təqdim edirik.

KATEQORIYA:
Bu xəbəri paylaş