Ermənistan Ordusu bu dəfə Naxçıvan istiqamətində atəşkəs rejimini pozub – Müdafiə Nazirliyi

Ermənistan Ordusu bu dəfə Naxçıvan istiqamətində atəşkəs rejimini pozub – Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib. Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır”, – deyə Nazirlik bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş